YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra bölgənin yeni inkişaf dövrü başlayıb

“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Milli Məclisində çıxışı böyük tarixi əhəmiyyət daşıyır. Cənab Ərdoğan çıxışında bəyan edib ki, Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və eləcə də dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərlə Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra bu bölgənin yeni inkişaf dövrü başlayıb. Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəyə gətirəcəyi faydaların miqyasını təsəvvür etmək belə mümkün deyil. Yaranmış yeni reallıqlar Azərbaycan ilə birlikdə eyni zamanda Ermənistan üçün də yeni bir dövrün başlanğıcı ola bilər. Ermənilər özləri özlərini saldıqları blokadadan xilas ola biləcəklər.

Millət vəkilinin sözlərinə görə, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışında ən mühim məqamlardan biri ölkələrin inkişafına əlavə imkanlar yaradacaq altı ölkənin iştirakını nəzərdə tutan yeni beynəlxalq əməkdaşlıq platformasının yaradlıması ilə bağlı fikirləridir: “Təklif olunur ki, altı ölkə-Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan bu yeni əməkdaşlıq platformada birləşsin. Bununla da artıq bu regionda sabitlik bərqərar olacaq. Davamlı sülhə gedən yol regiondakı bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Belə bir mühitin yaranması üçün ən ciddi əsaslar Azərbaycanın zəngin tarixi, mədəniyyəti və Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış dövlət siyasətidir”.