YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında Vətən müharibəsi şəhidi Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə YAP İdarə Heyyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, partiya fəalları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Kərim Əhmədəliyevin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Tədbiri giriş nitqi ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, 44 günlük müharibə Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını bir daha cəmiyyətə tanıtdı. 30 ilə yaxın dövr ərzində davam edən Ermənistanın işğalına qarşı xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi, mərd oğullarımız Vətənin müdafiəsinə qalxdılar. R.Hüseynov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir şəhidimizin, o cümlədən Kərim Əhmədəliyevin döyüş yolu gənclərimiz üçün örnəkdir.

Çıxış edən şəhidin valideynləri – Rövşən Əhmədəliyev və Tamella Əhmədəliyeva, Bakı Slavyan Universitetinin tələbəsi Nəzrin Əliyeva, kitabın müəllifi, şəhidin müəllimi Ülviyyə Əliyeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə və digər şəxslər K.Əhmədəliyevin həyat yolundan söhbət açıblar. Şəhidin ailə üzvləri Vətən uğrunda canını vermiş qəhrəman hərbçilərimizin xatirəsinə, onların ailələrinə qarşı göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.