YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nihad Allahyarlı: Azərbaycanın reallaşdırdığı bütün iqtisadi və nəqliyyat layihələrindən Ermənistan təcrid olunub

“Ermənistanın sərhəddə törətdiyi təxribat birmənalı olaraq daxili auditoriyaya hesablanıb”.

Bunu YAP Gənclər Birliyinin üzvü Nihad Allahyarlı “Yeni TV”nin canlı yayımında bildirib.

O deyib ki, istər hazırda iqtidarda olan və yenidən bu istəkdə olan qüvvələr, istərsə də onların rəqibləri bu məsələlərdən öz siyasi kampaniyalarının uğurla nəticələnməsi üçün istifadə etməyə çalışırlar: “Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ münaqişəsi artıq həll olunub. Biz sülh mərhələsinə, birgəyaşayış və bununla bağlı məsələlərin həllinə köklənməliyik. Ermənistan hazırki vəziyyəti nəzərə alaraq başa düşməlidir ki, sülhə gəlməkdən və əməkdaşlıq etməkdən başqa yolu yoxdur”.

“Azərbaycan bu gün iqtisadi və siyasi nöqteyi nəzərdən istər Qərbin, istərsə də ümumilikdə Qafqaza maraqlı olan dövlətlərin ən etibarlı tərəfdaşıdır. Azərbaycanın reallaşdırdığı bütün iqtisadi və nəqliyyat layihələrindən Ermənistan təcrid olunub. Azərbaycan münaqişənin həllinə nail olub. Bölgədə sülh və dayanıqlı təhlükəsizliyin formalaşması üçün Ermənistana da əməkdaşlıq təklif edir.  Ermənistan Azərbaycanın sülh mesajlarına uyğun cavab verməlidir. Əks halda, blokada şəraitində yaşamağa məcbur olacaq”, deyə N.Allahyarlı vurğulayıb.