YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qabil Hüseynli: Ermənistan sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı danışıqlara başlamaq istəmir

“Sərhəddə törədilən təxribat Ermənistan-Azərbaycan sülh müqaviləsinə ciddi əngəllər yaradır”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında Ermənistanın dövlət sərhəddində törətdiyi təxribatı şərh edən politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli qeyd edib ki, Təminat yollarına mina döşənməsi, böyük fəlakətə gətirib çıxara biləcək hərəkətlərin həyata keçirilməsi göstərir ki, erməniləri kimsə ürəkləndirir: “Ermənistanın sərhədə qoşun toplaması, zirehli texnika yığması göstərir ki, onlar nə olur-olsun Azərbaycanla lokal toqquşma həyata keçirib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını köməyə çağırmaq niyyəti güdür. Baş verənlərə böyük dövlətlərin yanaşması obyektiv deyil: “Onlar mövqeyini şərh edərkən, sərhəddə gərginliyin azaldılmasını, Azərbaycanın geri çəkilməli olduğunu söyləyirlər. Başa düşmürlər ki, Ermənistan işğal dövründə sərhədləri bir neçə kilometr Azərbaycan ərazilərinə doğru irəli çəkib. Sərhəd xətti boyunca bu qədər irəli çəkilmə böyük bir rayonun ərazisi edir. Azərbaycan bu əraziləri Ermənistana güzəştə gedə bilməz”.

“Ermənistan sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı danışıqlara başlamaq istəmir. Azərbaycan sərhədlərin dəqiqləşdirilməsini və təsdiq olunmasını istəyir. Bu gələcək sülh sazişinin tərkib hissəsi olmalıdır. Amma ermənilər gah seçkiləri bəhanə edir, gah da bu kimi təxribatlarla prosesdən yayınmağa çalışır. Sərhəddə təxribatların olmasını bu kontekstən də dəyərləndirmək olar”, - deyə politoloq əlavə edib.

 

DİGƏR Xəbərlər Arxiv