YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresinin üzvü Respublika Günü ilə bağlı bəyanatla çıxış edib

Mayın 25-də ABŞ Konqresinin üzvü Pol Qosar bəyanatla çıxış edərək, Azərbaycan Respublikasının 103 illiyi və müstəqilliyinin 30 illiyi ilə bağlı öz təbriklərini çatdırıb.

Bəyanatda Azərbaycanın bölgədə vacib tərəfdaş kimi demokratiya və müstəqilliyin parlaq nümunəsi olmaqda davam etdiyi xüsusi vurğulanır.

ABŞ-ın dost Azərbaycanla birgə respublikamızın 103 illiyini qeyd etdiyi diqqətə çatdırılır.

ABŞ və Azərbaycanın azadlıq, demokratiya və müstəqillik kimi birgə amalları bölüşdüyü Konqres üzvü tərəfindən qeyd olunur və digər Konqres üzvləri təbriklərə qoşulmağa dəvət edilir.