YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov İCAPP-ın COVİD-19-a həsr olunmuş 2-ci xüsusi videokonfransında iştirak edib

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov mayın 25-də Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının COVİD-19-a həsr olunmuş 2-ci xüsusi videokonfransında iştirak edib.

Konfrans çərçivəsində “COVİD-19 pandemiyasına qarşı daha səmərəli regional və qlobal cavabın təşkili” və “COVİD-19-dan sonrakı mühitdə hərtərəfli iqtisadi bərpaya nail olmaq” adlı sessiyalarda mövzular üzrə çıxışlar edilib. Tədbirdə çıxış edən YAP təmsilçisi Ramin Məmmədov Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın pandemiyaya qarşı qlobal mübarizəyə verdiyi töhfələrdən bəhs edərək, Azərbaycanın bu məqsədlə 30-dək ölkəyə yardım göstərdiyini, eləcə də vaksinlərin ölkələr arasında ədalətli bölgüsünə fəal çağırışlar etdiyini bildirib. R.Məmmədov, həmçinin, pandemiyanın dünya üzrə uşaqların və gənclərin təlim-təhsil prosesinə mənfi təsir göstərdiyini, pandemiya şəraitində gənclərin sosial müdafiəsi, təhsil və iş imkanlarının yaxşılaşdırılması sahəsində təcili və təsirli tədbirlərin görülməli olduğunu vurğulayıb.

Konfransın sonunda dövlətləri pandemiyaya qarşı daha fəal tədbirlər görməyə, bütün insanlar üçün vaksinlərin əlçatanlığını artırmağa və COVİD-19-la mübarizədə siyasi partiyaların imkanlarından daha səmərəli istifadəyə çağıran bəyannamə qəbul edilib.