YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Zifəroğlu: Beynəlxalq hüququn subyekti olan hər bir ölkənin sərhədləri dəqiq göstərilməlidir

“Beynəlxalq hüququn subyekti olan hər bir ölkənin sərhədləri dəqiq göstərilməlidir. Azərbaycan və Ermənistan arasındakı sərhədlərin dəqiqləşdirilməsi Dağlıq Qarabağ münaqişəsinə görə neçə illər idi ki, yubanırdı. Vətən müharibəsində əldə etdiyimiz qələbə bu məsələdə də konkretliliyin olmasını vacib edir”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan haqlı olaraq, Ermənistanla sərhədlərinin dəqiqləşdirilməsini tələb edir: “Ermənistan müxtəlif üsullarla bu prosesi yubatmağa çalışır. Amma Prezident İlham Əliyev də çıxışlarında birmənalı şəkildə vurğulayır ki, Azərbaycan bu məsələdə qətiyyətlidir. Yəni Ermənistan istəsə də, istəməsə də, bu məsələ öz həllini tapacaq”.

V.Zifəroğlu qeyd edib ki, Cənubi Qafqaz kifayət qədər ciddi strateji əhəmiyyətə malik olan bölgədir: “Bu bölgədə məsələlərə konkretliklərin gətirilməsi müxtəlif layihələrin normal məcrada davam etməsi ilə nəticələnə bilər. “Altılıq” platforma ilə bağlı həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycan Prezidenti İlham Əliyevin təklifləri olub. Ermənistan isə bu platformaya qoşulmaq istəmir. Ancaq bu məsələdə də Azərbaycanın qətiyyətini görürük. Biz qalib tərəfik və problemi öz gücümüzlə həll etmişik. Bundan sonrakı mərhələdə bizim işimiz sərhədlərin dəqiqləşdirilməsi, nəqliyyat dəhlizlərinin açılması kimi məqamları həll etməkdir. Amma məsələ odur ki, ermənilər mövcud reallıqları dərk etməkdə çətinlik çəkirlər. Çünki 30 il ərzində ermənilər öz nağıllarına özləri inanmağa başlamışdı. İndi isə ermənilər real güclərinin nədən ibarət olduğunu gördülər”.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanın hazırkı durumu nəzərə alınsa, Azərbaycan qətiyyətini ortaya qoyaraq onu sülhə məcbur edə bilər: “Ermənistan sülh sazişini imzalamasa, nəyə nail olacaq? Müharibəyə başlayacaq? Başlasın. Azərbaycan ordusu antiterror təlimləri keçirir. Bu açıq mesaj idi. Azərbaycan xalqı sülhpərvərdir. Biz hər zaman etnik, dini konfensiyalara qucaq açmışıq. Amma biz müharibədən də heç vaxt qorxmamışıq. Artıq müharibə bitib və bu, hüquqi müstəviyə daşınmalıdır. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Eyni zamanda, 10 noyabr bəyanatını icra etməlidir”.