YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar İslamov: Birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinə bitərəf gənclər də qoşula bilər

“Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin böyük layihə təşəbbüslərindən biri olan birinci “Davamlı İnkişaf Məktəbi” layihəsini silsilə formada həyata keçirməyi planlaşdırırıq”.

Bu barədə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Yeni TV”-nin canlı yayımında məlumat verib.

O qeyd edib ki, birinci “Davamlı İnkişaf Məktəbi” layihəsi ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr edilib: “Məqsəd YAP Gənclər Birliyinin təşəbbüsü ilə gənc kadr potensialının daha da inkişaf etdirilməsinə dəstək verməkdir. Azərbayanda məhz gəncləri əhatə edəcək ictimai-siyasi, iqtisadi, sosial, dövlət idarəçiliyi sahəsində bir çox mövzular ətrafında bir sıra proqramlar, seminarlar təşkil ediləcək. Həmin tədbirlər bu sahənin ekspertləri, təcrübəli dövlət xadimləri tərəfindən idarə olunacaq”.

Bəxtiyar İslamovun sözlərinə görə, layihənin digər önəmli cəhəti YAP-ın sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin partiyanın Gənclər Birliyi qarşısında qoyduğu məqsəd və vəzifələrdən biri ilə bağlıdır: “YAP-ın Gənclər Birliyinin qarşısına qoyulan bugünkü vəzifələrdən biri Gənclər Birliyinin sadəcə partiyanın üzvü olan gənclərin yox, bütün Azərbaycan gənclərinin birliyi olaraq formalaşmasıdır. Ona görə də biz bu layihəni elan edərkən layihəyə seçiləcək gənclərin 50 %-nin YAP-a üzv olan gənclərdən, 50 %-nin isə bitərəf gənclərdən seçilməsi qərarına gəldik. Hazırda layihəyə onlayn müraciət davam edir. Biz pandemiya qaydalarını nəzərə alaraq, yekun mərhələdə layihədə müəyyən qədər az sayda insan saxlamağa çalışacağıq. Ona görə də ilk layihədə 30 gəncin seçilməsi nəzərdə tutulur. Onlardan 15-i YAP-ın sırasında təmsil olunan fəal gənclər, 15-i isə partiya mənsubiyyəti olmayan gənclərdən müəyyənləşdiriləcək”.

 

DİGƏR Xəbərlər Arxiv