YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının fəalları Vətən müharibəsində şəhid olmuş Şəmkir rayonunun Mahmudlu, Qapanlı, Qaracəmirli kəndlərindən olan Musayev Niyaməddin Zirəddin oğlu, Namazov İsmət Nüsrət oğlu, Əlili Orxan Elşad oğlu, Şahbazov Şahbaz Musa oğlu və Gülməmmədov Eşqin Rabil oğlunun ailələrini ziyarət ediblər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev şəhid ailələrinin vəziyyəti ilə maraqlanıb. YAP-ın rayon təşkilatının hər an şəhid ailələrinin yanında olduğunu deyən Fəxrəddin Vəliyev bildirib ki, bundan sonra da onların problemlərinin həlli, çətinliklərinin aradan qaldırılması və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində əllərindən gələni əsirgəməyəcəklər. F.Vəliyev şəhidlərin valideynlərinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edib.