YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş, cənab Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi şəhidi leytenant Səfərov Şahmar Nazim oğlunun ailəsini ziyarət etmiş və qayğıları ilə maraqlanmışlar.

Ziyarət zamanı təşkilatın aparat rəhbəri Salman Əbdülov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə etmiş, qəhrəman şəhidlərimizin xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiyini vurğulamış və hər bir Azərbaycan vətəndaşının şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu bildirmişdir.

Sonda şəhid ailəsi göstərilən diqqət və qayğıya görə YAP Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirmişdir.