YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Emil Aslanlı: Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirmə hüququnu özündə saxlayır

“İyunun 20-də Ermənistanda parlament seçkisi keçiriləcək. Hazırda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan itmiş nüfuzunu bərpa etmək üçün ənənəvi populist mövqe sərgiləməkdədir. Son zamanlar müxtəlif sferalarda artan erməni təxribatlarına da bu kontekstdən baxmaq lazımdır. Amma Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli duruşu bu siyasəti iflasa uğratdı. Biz bunu “Qaragöl” qoruğu ilə bağlı məsələdə də aydın şəkildə görürük”.

Bu fikirləri “Yeni TV”-nin canlı yayımında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvü Emil Aslanlı deyib.

Azərbaycan ordusunun antiterror təlimlərindən söhbət açan E.Aslanlı deyib ki, bu təlimlər mümkün antiterror əməliyyatlarına hazırlıq xarakteri daşıyır: “Azərbaycan ordusu bundan öncə bir neçə dəfə qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatları həyata keçirib. Nəticə olaraq, hazırda Azərbaycanda, bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından bir neçə həftə sonra Azərbaycan ərazisinə qanunsuz göndərilən erməni təxribatçıları həbsdə saxlanılır. Yəni Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirmə hüququnu özündə saxlayır”.