YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Məmmədli: Azərbaycan ordusu hər zaman müharibəyə hazır olmaq üçün təlimlər həyata keçirir

“Azərbaycan ordusu da digər ölkələrin orduları kimi müharibəyə hazırlaşır. Böyük mənada bu ordunun qarşısında qoyulan tapşırıqlardan biridir. Yəni ordunun qarşısına qoyulan əsas tapşırıq baş verə biləcək hücumun qarşısının alınması və əks hücum əməliyyatlarını davam etdirərək ölkənin ərazi bütövlüyünü qorumaqdır”.

Bu fikirləri “Yeni TV”-nin canlı yayımında hərbi ekspert Ramil Məmmədli bildirib.  

Onun sözlərinə görə, Azərbaycan ordusu hər zaman müharibəyə hazır olmaq üçün təlimlər həyata keçirir: “Azərbaycan ordusunun təlimləri ayrı-ayrı qoşun növləri arasında keçirilir. Eyni zamanda rübdə bir dəfə olmaqla Silahlı Qüvvələrin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirilir. Bundan əvvəlki hərbi təlimlərlə 2021-ci ildə keçirilənlər arasındakı fərq çox böyükdür. Bu onunla bağlıdır ki, Azərbaycan Silahlı Qüvvələri ənənəvi ordu formatındakı hərbi təlimləri kənara qoyaraq, peşəkar ordu formasında təlimlər həyata keçirir”.