YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə Ulu öndərin 98 illiyini simvolizə edən 98 ədəd Xan çinarı əkilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının nümayəndələri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-cı ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçiriblər.

Heydər Əliyev Park Kompleksində həyata keçirilən aksiyda, iştirakçılar Ulu Öndərin adını daşıyan parka simvoliq olaraq 98 ədəd Xan çinar əkiblər. Bununla yanaşı aksiya iştirakçıları ərazidə təmizlik işləri də aparıblar. Park ərazisinə atılan məişət tullantıları yığılaraq daşınıb.
Həmçinin əvvəlcədən əkilən ağacların dibləri də bellənərək aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının nümayəndələri mütəmadi olaraq, həftə sonları şəhər ərazisində mövcud olan yaşıllıqlara qulluq məqsədi ilə iməclik təşkil edirlər.