YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevil Mikayılova: Sülhə gedən yol sülh müqaviləsindən keçir

“30 il müddətində Ermənistanla sərhədlərimiz qeyri-müəyyən şəkildə qalmışdı. Ermənistan beynəlxalq hüquqları kobud şəkildə pozaraq, Azərbaycan ərazisini işğal etmişdi və sərhədlərimizi də nəzarətə götürmüşdü. Bu ərazilərə qeyri-qanuni olaraq öz vətəndaşlarını, erməni əsilli digər ölkələrdən olan insanların məskunlaşmasını həyata keçirmişdi. Ermənistanın qanunazidd əməlləri kifayət qədərdir. Azərbaycan öz suveren sərhədlərini bərpa etdikdən sonra Ermənistan bu ərazilərdən çıxmalı və sərhədlərin müəyyən edilməsinə dair proses başlanmalı idi”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

O qeyd edib ki, sülhə gedən yol sülh müqaviləsindən keçir: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Amma buna qədər biz Ermənistanla sərhədlərimizi dəqiqləşdirməliyik. Çünki SSRİ dövründəki sərhədlərimiz bu gün qeyri-müəyyəndir. Ermənistanın bu məsələ ətrafında səs-küy salması, süni gərginləşmə yaratması lüzumsuz  addımdır. İlk növbədə bilməlidir ki, keçmiş SSRİ-in sərhədlərlə bağlı dəqiqləşdirilmiş xəritələri mövcuddur. SSRİ-nin 1975-ci il Konstitusiyasında bu öz təsbitini tapıb. Helsinki Konfransının Təhlükəsizlik və Əməkdaşlığa dair 1975-ci il Yekun Aktında da o vaxtkı Azərbaycan SSR-nin sərhədlərinin haradan keçdiyi məlumdur. Azərbaycan 1992-ci ildə BMT-yə məhz həmin sərhədlər çərçivəsində daxil olub. Bu gün Azərbaycanın qurmaq istədiyi postlar Ermənistan yox, birbaşa BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsindədir. Ermənistanın buna süni əngəllər törətmək cəhdi, KTMT-yə müraciət etmək kimi miskin arzusunun olması da qəbulolunmazdır”.