YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid övladlarının qayğıları ilə maraqlanmışlar

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Zığ qəsəbə sakini olmuş, şəhid mayor Əsgərov Rüfət Mürvət oğlunun ailəsini yenidən ziyarət edərək şəhidin övladlarının qayğıları ilə yaxından maraqlanmışlar.

Ziyarət əsnasında YAP rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, şəhidlərin övladları hər birimiz üçün əzizdir və onların qayğıları ilə maraqlanmaq hər birimizin məsuliyyətidir. O eyni zamanda qeyd etmişdir ki, şəhidlərimizin bizlərə əmanətləri olan övladlarını hər zaman qorumalı və yaşatmalıyıq. Daim şəhid ailələrinin yanlarında olduqlarını deyən Vüqar Seyidov hər bir məsələ ilə bağlı bu ailələrin qayğıları ilə maraqlanmağın vətəndaşlıq borcu olduğunu bir daha diqqətə çatdırmışdır.

YAP rayon təşkilatının son ziyarəti zamanı şəhid mayor Rüfət Əsgərovun böyük övladı Əsgərov Xansuvar Rüfət oğlu pandemiya ilə bağlı onlayn keçirilən tədris prosesində iştirak etmək üçün texniki vasitənin olmadığını bildirmişdir. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təşkilat adından Xansuvara “İPad” hədiyyə etmişdir.

Sonda şəhid ailəsi göstərilən diqqət və qayğı üçün YAP Suraxanı rayon təşkilatına öz dərin  minnətdarlığını bildirmişdir.