YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: “Xarıbülbül” musiqi festivalı tarix yazan Prezidentin və Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi

“Xarıbülbül” musiqi  festivalı  tarix yazan  Prezidentin və Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi. Bu müraciət və məsajlar isə milli yaddaşımıza əbədi həkk olundu!”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, “Xarıbülbül” festivalı  bir daha Azərbaycan mədəniyyətinin necə dərin  köklərə mailk olduğunu, mədəni irsimizin necə zəngin olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu. Uzun illərdən sonra doğma Şuşamızı işğaldan azad etməyimiz və orada ənənəvi mədəniyyət festivalımızı yenidən bərpa etməmiz Azərbaycan xalqının əzmindən, iradəsindən, qətiyyətindən xəbər verməklə, həm də necə böyük mədəniyyət yaradabilmə qabiliyyətini  göstərdi. Eyni zamanda,   həm də  yaratdığımız mədəni irsə  sahib çıxmağı bacarmağmızın nümayişi oldu .

Onun sözlərinə görə, “Xarıbülbül” musiqi  festivalının  proqram zənginliyinə və rəngarəngliyinə gəldikdə isə qeyd etmək lazımıdr ki, bu festival həm də ölkəmizdə tarixən və bu gün də mövcud olan multikultiralizmin, çoxmədəniyyətliliyin və onların harmoniyasının təntənəsi  idi. Bütün dünya bir daha gördü ki, Azərbaycanın mədəni irsi öz zənginliyini və dərin köklərini haradan alır, onun qaynaqları  etnik və dini tolerantlığa və birgəyaşayışa necə söykənir. Bu isə həm də Azərbaycanın tarixi qələbəsinin əsaslarında duran faktorlardan biridir. Bu zənginliyi, multikultiralizmi, tolerantlığı və birgəyaşayı mənimsəyə bilməyənlər isə sadəcə ermənilərdir. Çünki onlar regionumuza gəlmədirlər və yerli mədəniyyətlərə qarşı həmişə  aqressiya nümayiş etdirib, onu vəhşicəsinə dağıtmağa çalışıblar. Yəni etnopsixoloji baxımdan onlar özlərini Cənubi Qafqazının etnolatdşaftına aid hiss edə bilmirlər. Xislət etibarilə terrorçu və barbardırlar.

Hikmət Babaoğlu qeyd edib ki, “Xarıbülbül” festivalında  multimədəni dəyərlərimizin, müsiqimizin ən yüksək səviyyədə  bir daha təqdim edilməsi əslində həm də erməni etnomədəni  terroruna verilən yaxşı cavab idi: “Festivalda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və bütün dünyaya verdiyi məsajlar isə ayrıca  bir tarixi hadisə idi. Bu tarix yazan  Prezidentin  və Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi. Bu müraciət və məsaljar isə milli yaddaşımıza əbədi həkk olundu!”.