YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Məmmədov: Şuşada belə bir möhtəşəm festivalın keçirilməsi gücün başqa bir tərəfinin nümayişidir

“Azərbaycanlı üçün Şuşa sadəcə coğrafi anlayış deyil. Bu bizim reallaşa bilməyən arzularımız demək idi. Qarabağ probleminin həll olunacağına həmişə əmin idim. Amma özüm onu görə biləcəyəmə əmin deyildim. İndi isə nəinki Şuşaya gedirik, orada “Xarıbülbül” festivalı keçiririk”.

Bu fikirləri əməkdar jurnalist, AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov “Yeni TV”nin canlı yayımında Şuşada Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalı barədə danışarkən bildirib.

V.Məmmədov vurğulayıb ki, Şuşanın azad olunması güc nümayişidirsə, yenicə azad olunmuş Şuşada belə bir möhtəşəm festivalın keçirilməsi gücün başqa bir tərəfinin nümayişidir: “Ermənilər bu şəhəri bacardıqları qədər dağıdıb. Belə bir şəhərdə o cür möhtəşəm festivalı təşkil etməyi dünyada barmaqla sayıla biləcək dövlətlər bacarardılar. Görəndə ki, sənin dövlətin bu işi görüb, fəxr etməkdan başqa heç nə edə bilmirsən”.