YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda Vətən müharibəsi qazisi Ruslan Məmmədov ziyarət olunub

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və Nərimanov rayonu İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tahir İbrahimov  Vətən müharibəsi qazisi Məmmədov Ruslan Fazil oğlunu ziyarət ediblər.

Ziyarət zamanı YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmasının tarixi hadisə olduğunu bildirib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, sözün əsl mənasında, tarix yazdı. T.Tağıyevin sözlərinə görə, “Dəmir yumruq” əməliyyatı nəticəsində əzəli torpaqlarımızın düşməndən azad edilməsi tariximizə qızıl hərflərlə yazıldı. Təşkilat sədri söyləyib ki, Vətən müharibəsində əsgər və zabitlərimiz əsl qəhrəmanlıq nümunəsi göstəriblər.

Nərimanov rayonu İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tahir İbrahimov da xalqımızın qəhrəman oğulları ilə qürur duyduğunu bildirib, onların torpaqlarımızı işğaldan azad etməklə tarix yazdıqlarını söyləyib. Bu müharibə həm də bütün dünyaya ölkəmizin gücünün və xalqımızın birliyinin nümayişi oldu.
Vətən müharibəsinin iştirakçısı, qazi Elçin Sultanov keçdiyi döyüş yolu barədə danışıb.
Görüş zamanı qazi və onun ailəsinin qayğıları dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq addımların atılacağı diqqətə çatdırılıb.

 Qazi göstərilən diqqətə görə öz razılığını bildirib.