YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistana təzyiqi artırmalıdırlar

Məcburi köçkünlərin işğaldan azad olunan torpaqlara qayıtması üçün sistemli və ardıcıl addımlar atılır. Həmin ərazilər 30 il ərzində minalarla çirkləndirilib. Azərbaycanın və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırır və müharibə cinayətini davam etdirir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 2020-ci il noyabrın 10-dan bəri mina partlayışı nəticəsində 22 nəfər həlak olub, 100 nəfər yaralanıb. Dünya dövlətləri, beynəlxalq təşkilatlar buna səssiz qalmamalı, Ermənistana təzyiqi artırmalıdırlar.

Litva-Azərbaycan əlaqələrinə toxunan C.Bayramov bildirib: “Azərbaycan Litva ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin, siyasi dialoqun inkişaf etdirilməsi hər iki ölkənin marağındadır. Ölkələrimizin parlamentləri arasında münasibətləri də inkişaf edir”.

Nazir bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var. Kənd təsərrüfatı, qida sənayesi, alternativ enerji və humanitar sahələrdə də əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik.