YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Ruslan Rəcəbovun ailəsini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Hövsan qəsəbəsinin sakini olmuş, Vətən Müharibəsi şəhidi miçman Rəcəbov Ruslan Rəcəb oğlunun ailəsini ziyarət etmişlər. Vüqar Seyidov təşkilat adından şəhid Ruslan Rəcəbovun 5 yaşı tamam olan qızı Saranı doğum günü münasibətilə təbrik etmiş, ona hədiyyələr təqdim etmişdir.

Ailənin qayğıları ilə maraqlanan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir  övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Elçin Rəcəbov qardaşının keçdiyi həyat yolundan geniş danışmış, Vətən Müharibəsi bitəndən sonra Ali Baş Komandanın müvafiq sərəncamları ilə şəhid Ruslan Rəcəbova ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunması haqqında məlumat vermiş, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.