YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə keçirilən “Türk dünyasının mədəniyyət günü”ndə Azərbaycan da təmsil olunub

Fevralın 11-də Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALKO) 2007-ci ildən ənənə halını alan “Türk dünyasının mədəniyyət günü” keçirilib. Tədbirdə qardaş Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistanla yanaşı, Azərbaycanın Fransadakı səfirliyinin və Parisdəki “Azərbaycan evi”nin dəstəyi ilə ölkəmizin zəngin tarixini və mədəniyyətini əks etdirən sərgi təşkil olunub.
Azərbaycanla bağlı guşədə ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları və milli mətbəximizə dair kitablar, milli qadın və kişi geyimləri, musiqi alətləri nümayiş olunub. Sərgi iştirakçılarına müxtəlif qutab növləri, habelə şirniyyatlar təqdim edilib.
Hər dəfə olduğu kimi, Azərbaycan guşəsi sərgi iştirakçılarının böyük marağına səbəb olub. İnstitutun tələbəsi İsmayıl Məmmədov qonaqların və həmkarlarının Azərbaycan tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı suallarını cavablandırıb.
Tədbir çərçivəsində keçirilən “Türk dünyası” adlı konfransda institutun müəllimlərindən xanım Katrin Pujol, Mişel Bozdəmir və Kristian Male şanlı tarixə malik türk xalqlarının özlərinə məxsus inkişaf yolundan danışıb, SSRİ-nin süqutundan sonra bir çox türkdilli respublikaların, o cümlədən Azərbaycanın müstəqillik qazandığını, ölkəmizin sürətlə inkişaf etdiyini və Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini diqqətə çatdırıblar.
Mədəniyyət günündə təmsil olunan ölkələrin folklor musiqisi səslənib.