YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropanın 14 ölkəsinin xarici işlər naziri Nadejda Savçenkonu dəstəkləyiblər, Şahbaz Quliyevi və Dilqəm Əsgərovu isə yada salmayıblar

Fevralın 9-da Avropanın 14 ölkəsinin xarici işlər nazirləri və Avropa İttifaqı yanında Fransanın daimi nümayəndəsi Brüsseldə kuluar görüşdə Ukrayna təyyarəçisi Nadejda Savçenkonu dəstəkləyən aksiya keçiriblər. Litva, Belçika, Böyük Britaniya, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, İrlandiya, Latviya, Malta, Polşa, Rumıniya, İsveç və Fransa təmsilçiləri N.Savçenkonu azad etmək çağırışı ilə çıxış ediblər.

Litva xarici siyasət idarəsinin başçısı Linas Linkyabiçyusun təşəbbüsü ilə diplomatlar N.Savçenkonun Ukrayna bayrağının fonunda olan şəkillərini əllərində tutaraq fotoşəkil çəkdiriblər. Fotolarda “oğurlanmış ukraynalı təyyarəçi qadının” azad edilməsi çağırışları, habelə sosial şəbəkələrdə populyar “#FreeSavchenko” şüarları aşkar görünür.
Ümid edək ki, bu nazirlər nə vaxtsa Ermənistan hökumətinə də “təqsirləri” yalnız Azərbaycanın işğal olunmuş Kəlbəcər ərazisində öz doğmalarının qəbrini ziyarət etməkdən ibarət olan iki mülki əsirin - Şahbaz Quliyev, Dilqəm Əsgərovun azad edilməsi ilə bağlı analoji aksiyanı keçirəcəklər.