YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimiz tezliklə dirçəldiləcək

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb. Qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir. Bu baxımdan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli və Xocavənd rayonlarına, Şuşa şəhərinə  səfəri böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyev həmin bölgələrə qalib ordunun və dövlətin qalib sərkərdəsi kimi səfər etdi.  Onun sözlərinə görə, səfər zamanı bir sıra infrastruk layihələrinin, quruculuq işlərinin təməli atıldı, Ali Baş Komandan tərəfindən Hadrut qəsəbəsində dövlət bayrağımız ucaldıldı: “Məlumdur ki, 30 ilə yaxın müddət ərzində bu torpaqları işğal altında saxlayan düşmən dövlət siyasəti dərəcəsinə çatdırılan terror hərəkətləri törədib, həmin ərazilərdə daşı daş üstə qoymayıb, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan rayonlarda dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir. Amma ermənilərdən fərqli olaraq ordumuz mülki insanları qətlə yetirməyib, yaşayış məntəqələrini dağıtmayıb, humanizm prinsiplərindən yanaşıb. Hadrut qəsəbəsinin timsalında da bunu görmək olar. Bu, bizim bir xalq olaraq mənəvi keyfiyyətlərimizin göstəricisidir. Azərbaycan Ordusundan fərqli olaraq, Ermənistan tərəfi isə azərbaycanlı mülki əhalini hərbi hədəf kimi seçiblər. Biz bu qanlı cinayətlərə 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə, 2020-ci ildə isə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə şahid olmuşuq. Azyaşlı uşaqları, qadınları, qocaları qətlə yetirmək təcavüzkar Ermənistan üçün əsas məqsədlərdən biri olub”.

Millət vəkili qeyd edib ki, müharibə dövründə Ermənistan hakimiyyəti öz xalqını da aldatmaqla məşğul olub. Belə ki, Azərbaycan öz torpaqlarını azad etsə də, erməni tərəfi bunu inkar edirdi, öz əhalisinə guya üstünlüyün onlarda olduğunu iddia edirdilər. Bunu Hadrut qəsəbəsi ilə bağlı da  demək olar.  Amma erməni yalanları tezliklə ifşa olundu.

Deputat söyləyib ki, cənab Prezidentin Şuşaya növbəti səfəri də əlamətdar oldu. Belə ki, bu səfərin xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində, İlaxır çərşənbədə baş tutmasının böyük əhiyyəti var. Artıq bundan sonra arzuladığımız kimi Novruz bayramını Şuşada qeyd edəcəyik. Eyni zamanda, səfər zamanı dövlətimizin başçısı Şuşada bərpa-quruculuq işləri ilə tanış oldu. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Şuşa şəhəri tezliklə dirçələcək, o cümlədən tarixi, mədəni və dini abidələrimiz bərpa olunacaq.

“Vətən müharibəsi dövründə biz xalq olaraq çox güclü həmrəylik nümayiş etdirdik. Siyasi baxışlarından, mövqeyindən və əqidəsindən asılı olmayaraq hər kəs bir amal uğrunda birləşmişdi. Təbii ki, biz buna Prezidentimizin həyata keçirdiyi islahatar nəticəsində nail olduq. Genişmiqyaslı islahatların tərkib hissəsi kimi demokratik, siyasi islahatlar ölkəmizdə həmrəyliyimizin və birliyimizin güclənməsində mühüm rol oynadı. Bundan sonrakı mərhələdə isə cənab Prezidentin tövsiyəsinə uyğun olaraq, qələbəmizi siyasi yollarla möhkəmləndirmək, erməni faşizmini və vandalizmini ifşa etmək üçün beynəlxalq müastəvidə fəaliyyətimizi gücləndirməliyik. Eyni zamanda, cənab Prezidentin Hadrut qəsəbəsində dediyi kimi, biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik”,-deyə S.Fətəliyeva vurğulayıb.