YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatının fəalları şəhid Elşən Mehbalıyevin ailəsini ziyarət ediblər

"Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təşkilatın bir qrup fəal üzvləri rayonun Otuzikilər kəndindən olan şəhid  kiçik gizir Elşən Mehbalıyevin ailəsini ziyarət ediblər.

Elşən Mehbalıyev 4 il idi ki Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində Vətənə xidmət edirdi.O, ötən  sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində ilk andan düşmənə gücümüzü göstərən oğullardan idi. Kiçik gizir Mehbalıyev Elşən Suqovuşanın azad edilməsində iştirak etmiş və Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə kiçik gizir Mehbalıyev Elşən Təvəkgül oğlu ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidimizin qardaşı Möhbalıyev Elnur da 6 ildir Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində Vətənə şərəf və ləyaqətlə xidmət edir. O, Vətən müharibəsində Murovdağ, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd rayonlarının azad edilməsində döyüşlərdə qəhrəmancasına iştirak edib və Şuşa istiqamətində yaralanıbdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə kiçik gizir Möhbalıyev Elnur  “ Cəbrayılın azad olunmasına görə”, “ Füzulinin azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə”, “ Kəlbəcərin azad olunmasına görə”,  eləcə də "Hərbi xidmətdə fərqlənməyə görə" medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Ziyarət zamanı  rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü.Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Şəhidimizin atası Təvəkgül Möhbalıyev anası Cəmalə Əliyeva övladlarının hərbidəki xidmətlərindən və ömür yolundan söz açmışlar.

Eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını  ifadə etmişlər.

Təşkilatın fəalları ailənin çətinlikləri ilə maraqlanmış və bəzi problemlərinin həlli üçün köməkliklər göstərmişlər.