YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının fəalları rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət ediblər

YAP Xətai rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində şəhid Quliyev Rəşad Rəşid oğlu və İbrahimov Xeyrulla Mais oğlunun ailələrini  ziyarət ediblər.

Quliyev Rəşad Rəşid oğlu “Vətən uğrunda” medalı  ilə təltif olunub.

İbrahimov Xeyrulla Mais oğlu “Azərbaycan bayrağı ” ordeni, “Vətən uğrunda”  və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ziyarət zamanı təşkilat üzvləri şəhid ailələrinə baş sağlığı verib, ailələrin qayğıları, problemləri ilə maraqlanıblar. Eyni zamanda, Novruz sovqatları ilə onların qarşıdan gələn bayramlarını təbrik ediblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.