YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur Məmmədov: Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin siyasi həyatında çox mühüm hadisədir

“Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin siyasi həyatında çox mühüm hadisədir. Qurultayda qəbul olunmuş qərarlar isə  partiyamızın gələcək fəaliyyətində yeni mərhələnin başlanğıcı hesab oluna bilər”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

M.Məmmədov bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar siyasi sferanı da əhatə edir. YAP-ın VII qurultayının qərarları da bu islahatların tərkib hissəsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, qurultay yeni mərhələdə YAP-ın yeni yol xəritəsinin, yeni çağırışların, vəzifələrin müəyyənləşdirilməsi baxımından önəmli qərarlar qəbul etdi. Partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultaydakı dərinməzmunlu və proqramxarakterli çıxışında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi YAP-ın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edəcək. Qurultayda partiyanın yeni Nizamnaməsinin qəbul olunması, struktur dəyişikliyi, yeni formalaşmış İdarə Heyətinə yeni simaların seçilməsi partiyamızın gələcək fəaliyyətinə müsbət təsir göstərəcək.
Deputat qeyd edib ki, hazırda ölkəmizdə normal siyasi dialoq mühiti mövcuddur: “Bildiyiniz kimi, Prezident  həyata keçirdiyi siyasi islahatlar nəticəsində Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşıb. Biz bunu VI çağırış Milli Məclisin timsalında da görürük. Ölkəmizdə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün parlamentin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların nümayəndələri də təmsil olunub. Hazırda Milli Məclisdə 11 siyasi partiyanın nümayəndələri təmsil olunur. Bu qədər partiyanın parlamentdə təmsil olunması və müxalif partiyalardan olan deputatların parlamentdə mühüm vəzifələrə seçilməsi Azərbaycanın demokratik inkişafı baxımından böyük önəm kəsb edir. Bu baxımdan yeni mərhələdə Yeni Azərbaycan Partiyası siyasi dialoq, milli və ümumdövlət maraqları ətrafında digər siyasi partiyalarla əməkdaşlıq mühitinin möhkəmlənməsinə, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində inkişafına özünün töhfələrini verəcəkdir”.