YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının fəalları rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət etmişlər

YAP Xətai rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində şəhid Məmmədov Vüsal Qüdrət oğlu və Əsgərov Rüfət Mürvət oğlunun ailələrini  ziyarət ediblər.

Məmmədov Vüsal Qüdrət oğlu “Vətən uğrunda” medalı  və “Qarabağ” ordeni ilə təltif olunub.

Əsgərov Rüfət Mürvət oğlu “Hərbi xidmətlərə görə ” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Ziyarət zamanı təşkilat üzvləri şəhid ailələrinə baş sağlığı verib, ailələrin qayğıları, problemləri ilə maraqlanıblar. Eyni zamanda, Novruz sovqatları ilə onların qarşıdan gələn bayramlarını təbrik ediblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.