YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının nümayəndələri Şəmkir rayonunun Çinarlı qəsəbəsi, Dəllər-Cırdaxan, Qaranüy, Dəllər-Cəyir, Dəllər –Daşbulaq kəndlərində şəhid ailələrinin üzvlərini və Vətən müharibəsi qazilərini ziyarət ediblər.

Görüşlər zamanı YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Şəmkir rayonunda da şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət olunur, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.

Rayon təşkilatının nümayəndələri ziyarətlər zamanı ailələrə başsağlığı verib, şəhidlərə rəhmət diləyib, ailələrin qayğıları, problemləri ilə maraqlanıb və həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılacağını bildiriblər.

Şəhid ailələrinin üzvləri və qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Görüşlər zamanı şəhid ailələrinə, qazilərə rayon təşkilatı tərəfindən maddi yardım göstərilib.