YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəlilabad rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində növbəti görüşlər keçiriblər

YAP Cəlilabad rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində şəhərin Azərbaycan küçəsində şəhid Ağaquliyev Tofiq Rafiq oğlu və Göytəpə şəhərində şəhid Xanışov Əlikram Qabil oğlunun ailə üzvlərini ziyarət ediblər.

Təşkilatın nümayəndələri ailələrin qayğıları, problemləri ilə maraqlanıb və həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirıblər.

Həmçinin təşkilat üzvləri şəhid ailələrini Novruz sovqatları ilə qarşıdan gələn bayramlarını təbrik ediblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə ediblər.