YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər

YAP Ucar rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Ucar rayon Şəhidlər Xiyabanında 15 mart 1993-cü ildə Ağdərə rayonunun Lüləsaz kəndində şəhid olmuş İsmayılov Əlişah Əlbaba oğlunun məzarını ziyarət etmiş,15 mart 1994-cü ilin Ağdam rayonunun Cəvahirlər kəndində itkin düşmüş Ağaməmməmədov Yaşar Cəfər oğlunun ailəsini ziyarət etmişlər.

Daha sonra rayonun Bərgüşad kənd qəbiristanlığında 15 mart 1994-cü ildə Ağdam rayonunun Çəmənli kəndində şəhid olmuş Novruzov Bəhlul Qüddəsər oğlunun məzarı, adını daşıdığı Bərgüşad kənd ümumi məktəbin həyətində xatirə abidəsi ziyarət olunmuş və ailə üzvləri ilə görüş keçirilmişdir.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.