YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının nümayəndələri şəhid Coşqun Məmmədovun ailəsini ziyarət ediblər

YAP Ucar rayon təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin,rayon Təhsil Şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin, rayon Gənclər evinin kollektivi martın 9-da Ucarın  Qarabörk kənd qəbiristanlığında şəhid Coşqun Məmmədovun məzarını ziyarət ediblər, şəhidin ruhuna dualar oxunub.

Daha sonra şəhidin böyüyüb boya- başa çatdığı evdə şəhidin ailə üzvləri ziyarət olunub. Qedy edək ki, həmin gün şəhid Coşqun Məmmədovun doğum günüdür. Yaşasaydı, onun  27 yaşı olacaqdı.

Ziyarətçilər xalqımızın Coşqun kimi qəhrəman oğulları ilə fəxr etdiyini, şəhidlərimizin heç zaman unudulmayacaqlarını bildiriblər.

 

 

DİGƏR Xəbərlər Arxiv