YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Siyasi dialoqun Azərbaycan modelinin formalaşmasında qanunverici hakimiyyətin mühüm rolu var

“Parlamentarizmin ən yeni tarixini sırf siyasi münasibətlər kontekstində qiymətləndirməyə çalşsaq görəcəyik ki, bu tarix həm də  siyasi dialoq və əməkdaşlıq tarixi kimi də qiymətləndirilə bilər. Çünki demokratik cəmiyyətlərdə ənənəvi olaraq parlamentlər xeyli sayda müxtəlif siyasi partiyalardan təşkil olunur ki, buradakı təmsilçilik praporsiyasını da xalqın iradəsi yaxud elektoratın səsi təyin edir. Ona görə də, vahid fəaliyyət məkanı özlüyündə bu fəaliyyətin səmərəli təşkili üçün əməkdaşlıq tələb edir. Bu da dialoqsuz mümkün deyil. Bu mənada hətta siyasi sistem qarşıdurma vəziyyətində olsa belə, əksər hallarda parlamentlər əsasən dialoqa köklənmiş olurlar. Dolayısıyla parlament siyasi münasibətlərdə dialoq mühitini yaratmaq üçün ortaq məkan olmaqla həm də siyasi gərginliyi azaldan,  onu amartizə edən siyasi yastıq rolunu  oynayır. Bundan başqa nəzərə almaq lazımdır ki, parlamentdə təmsil olunan hər bir siyasi partiya əslində xlaqdan mandat almaqla bu təmsilçilik hüququnu qazandığı üçün paralel olaraq cəmiyyətin  müyyən hissəsini də dialoq ovqatına kökləyə bilir”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, bununla da dialoqdan kənarda olan partiyalar üçün də bir növ nümunə, yaxud rol model təşkil edir.Yəni öz fəaliyyətilə siyasi dialoqu təşviq və motivasiya edir. Nəticədə bütövlükdə siyasi sistemdə  əməkdaşlıq platformasının çərçivəsi daha da genişlənmiş olur. Elə Azərbaycan təcrübəsi də bu mənada istisna təşkil etmir. Hazırda Azərbaycan parlamentində 10-dan çox siyasi partiya təmsil olunur. Bu  isə yuxarıda səsələndirdiyimiz məntiqə əsasən  artıq özlüyündə dialoq platforması yaradır.

“Hamıya məlumdur ki , Milli Məclisin hazırki tərkibi məhz 2018-ildən sonra Azərbaycanda daha da dərinləşən siyasi islahatlar kontekstində reallaşıb. Ölkəmizdə hakim Yeni Azərbaycan Partiyası öz Sədri, Prezident İlham Əliyevin  islahatlar siyasətinə dəstək məqsədilə parlamentin özünü buraxması və növbədənkənar  seçkilərə getməsi haqqında qərar qəbul edib. Beləliklə,  siyasi islahatların  miqyası və əhatəsi daha da genişlənib. Ancaq bu da məsələnin hamısı deyil. 2020-ci il parlament seçkilərindən sonra yaranan yeni siyasi reallıq həm də parlamentarizm tariximizdə müxalifət partiyaların yeni  iyerarxik strukturunu formalaşdırıb. Nəticədə bu yeni model bütövlükdə qeyri-parlament müxalifətinə də pozitiv icmarıc verməklə siyasi sistemin sosial seqmenti funksiyası rolunu oynamağa başlayıb. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev yeni tərkibdə formalaşan  parlamentdə   çıxış edərkən bu hadisəni parlamentarizm tariximizdə yeni siyasi konfiqurasiya kimi xarakterizə etməklə onu yüksək qiymətləndirdi .Çox keçmədən bu pozitiv siyasi hadisə bir növ siyasi tendensiyaya çevirilməyə başladı və nəticədə  Vətən müharibəmizdə tarixi qələbəmizin əldə edilməsində milli gücümüzü real əsaslarda artıran faktorlardan birinə  çevirildi. Mən burada fikrimi yekunlaşdıraraq bildirmək istəyirəm ki, biz bu gün  Azərbaycan model kimi səciyyələndirə bildiyimiz  islahatların uğurla baş tutması və daha da dərinləşməsində Azərbaycan Parlametinin özünəməxsus yeri və rolu olduğunu əminliklə deyə bilərik”,-deyə Hikmət Babaoğlu vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv