YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azərbaycanla Macarıstan arasındakı dostluq əlaqələri bundan sonra da inkişaf edəcək

Biz Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətləri müzakirə etdik. Ölkələrimiz arasında dostluq əlaqələri mövcuddur və bu münasibətlər bundan sonra da inkişaf edəcək.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri  Peter Siyarto ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

“Ölkələrimiz arasında mövcud olan strateji əməkdaşlıq münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrin iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə bundan sonra da möhkəmləndirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”, - deyə nazir qeyd edib.

Ceyhun Bayramov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Macarıstanın mövqeyi hər zaman dəyişməz olub və o, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib. Bu dəstək Vətən müharibəsi dövründə də, indi də davam edir.

“Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını azad edərək öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın Qələbəsi bölgədə yeni reallıq və imkanlar yaradıb.

Ölkəmiz postmünaqişə dövrünü yaşayır. Hazırda əsas məsələ insanların öz yurdlarına qayıtmaları və bərpa-quruculuq işlərinin aparılmasıdır. Prezident İlham Əliyev dəfələrlə dost ölkələrin bərpa-quruculuq işlərində iştirakını dəstəkləyib və onları bu prosesdə iştiraka çağırıb. Dost ölkə olan Macarıstan da bu işlərdə iştirak edəcək. Biz dost ölkənin ərazilərin minalardan təmizlənməsi, bərpa işlərində köməyini və dəstəyinin yüksək dəyərləndirik”, - deyə C.Bayramov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv