YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Ulu öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır

“Yeni Azərbaycan Partiyası 1992-ci ildə ulu öndər Heydər Əliyevin ətrafında yaradılmışdı. Onun siyasi təcrübəsi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirmişdi. Məhz, ulu öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilmiş, bu gün də ən güclü siyasi təşkilat olaraq fəaliyyətdədir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır: “Ulu öndər Heydər Əliyev hələ Azərbaycana ilk rəhbərliyi dövründə respublikamızın sənayesini, kənd təsərrüfatını, yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirmişdi, canlandırmışdı. Ulu Öndərin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdı. Bu səbəbdən idi ki, xalq 1993-cü ildə hakimiyyəti zorla zəbt etmiş AXC-Müsavat cütlüyünü qovaraq Ümummilli Lideri hakimiyyətə dəvət etdi. 1993-cü ilin oktyabr ayında ulu öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesinə start verildi. Bu mənada, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başladı”.

“Ulu öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, dövlətin maraqları və müstəqillik ulu öndər Heydər Əliyevin siyasətində hər zaman mütləq prioritet kimi çıxış edib: “1993-2003-cü illər ölkənin inkişafında həlledici illər olub. Çünki bu illərdə dövlətçiliyin əsasları qoyulub, Konstitusiya qəbul edilib, AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilən senzura ləğv edilib, siyasi islahatlara start verilib, çoxpartiyalı sistem yaranıb. Bu baxımdan, Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları hər zaman xalq tərəfindən yüksək qiymətləndirilib və dəstəklənib”.