YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağsu rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Səmədzadə Hüseyn Müşviq oğlunun ailə üzvlərini və Vətən müharibəsi qazisi Abdullayev Yaqub Fərrux oğlunu ziyarət ediblər.

Görüşlər zamanı bildirilib ki ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Ağsu rayonunda da şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət olunur, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.

Qeyd edək ki, şəhid Səmədzadə Hüseyn Müşviq oğlu 1997-cı il avqustun 30-da Ağsu şəhərində anadan olmuşdur. Oktyabrın 8-də Füzulinin işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə «Vətən uğrunda» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilib.

Qazi Abdullayev Yaqub Fərrux oğlu 2000-ci ildə Ağsu rayonunun Qaraqaşlı kəndində anadan olub. Ağsu şəhər 2 saylı tam orta məktəbi bitirib. Sentyabr ayının 27-də Vətən müharibəsi başlayan zaman könüllü olaraq müharibəyə yollanmışdır. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.

Şəhid ailələrinin üzvləri və qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.