YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocavənddə şəhid Məzahir Göyüşovun xatirəsi yad edilib

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Tuğ kəndindən olan Göyüşov Məzahir Niyaz oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilib.  

 Tədbirdə YAP Xocavənd rayon təşkilatının üzvləri  öncə şəhidlərin məzarları önünə qərənfillər düzüb, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğı görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonda Tuğ kənd tam orta məktəbinin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.