YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası – Zəfərlərə aparan yol” adlı videokonfrans keçirildi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası – Zəfərlərə aparan yol”  videokonfrans keçirildi.

 Tədbirdə Milli Məclisin üzvü Kamaləddin Qafarov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının Şura və İdarə Heyətinin üzvləri, əməkdaşları, ərazi ilk partiya təşkilatının sədrləri və fəalları, Binəqədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı barədə ətraflı bəhs etdi. Qurultayda ölkə Prezidenti, partiyanın sədri cənab İlham Əliyevin geniş məzmunlu, konseptual əsaslara söykənən nitqi, gündəlikdə duran məsələlər və davamlı islahatlara səbəb olacaq qərarlar haqqında məlumat verdi.

YAP Binəqədi rayon təşkilatının sədr müavini Tünzalə Zeynalova çıxışında partiya sıralarında qüurula təmsil olunduğunu vurğulayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasının dövlətimizin və xalqımızın həyatındakı əvəzsdiz rolundan danışdı.

Millət vəkili Kamaləddin Qafarov partiyanın çətin dönəmlərdə yarandığını bildirib. 1990-cı illərin əvvəllərində ölkəni idarə edən şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində ölkəmizin uçuruma yuvarlandığını, ciddi təhlükələrlə üz-üzə qaldığını söylədi. Xalqımızın ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb etdiyini, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanı xilas etməsinin Azərbaycan tarixində mühüm bir hadisə olduğunu bildirib. Millət vəkili həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı üçün misilsiz xidmətlər göstərdiyini və bu siyasətin bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Azərbaycanın dünyada artan nüfuzunu, ölkəmizin hərtərəfli inkişafını məhz dövlət başçısının düşünülmüş, uzaqgörən siyasətinin nəticəsi adlandırdı.

Tədbirin sonunda YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına münasibətilə bir qrup şəxs Fəxri Fərmanla təltif edildi.

Tədbir bədii hissə ilə başa çatdı. Binəqədi rayonu 126 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Fidan Allahverdiyevanın ifasında Hüseyn Arifin “Analar” şeirini səsləndirildi.