YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatlarının fəalları və Gənclər Birliyinin üzvləri 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə Vətən müharibəsində rayonun 31 şəhid və 1 itkin düşmüş əsgərin ailəsini ziyarət ediblər.

 Ziyarət zamanı bu ailələrin xanım üzvləri təbrik edilib, onların hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqları, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin heç zaman unudulmayacağı, daima uca tutulacağı və gələcək nəsillərə örnək göstəriləcəyi qeyd olunub.

Şəhid ailələrinin üzvləri də öz növbələrində Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.