YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatı hərbçilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Müzəffər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qəhraman Milli Ordusunun 44 günlük Vətən müharibəsini zəfərlə bitirən əsgər və hərbçilərlə ardıcıl olaraq görüşlər keçirir. Bu görüşlər həm çoxsaylı gənclərlə video-konfranslar və rayon təşkilatının binasında karantin qaydaları nəzərə alınmaqla təşkil edilir.

Təşkilatın qərargahında keçirilən görüşlərdə Qarabağın işğaldan azad olunmasında fədakarlıqla iştirak edən Nəsimi rayonu ərazisində yaşayan əsgər və zabitlərin problemləri öyrənilərək, onları narahat edən məsələlərin həllinə dəstək verilir.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşları gündəlik iş saatlarında Vətən müharibəsi iştirakçıları ilə partiyanın ofisində və eləcə də, onların ailələrində müxtəlif görüşlər keçirir. Keçirilən görüşlərdə Vətən müharibəsi iştirakçılarının qayğıları öyrənilir və həlli mümkün olan priblemlər yerindəcə həll olunur, müəyyən dəstək verilir.