YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurullah Gür: Ölkələrimiz arasında yeni iqtisadi perspektivlər açılır

“Son iki ildə dünya, eləcə də ölkələrimiz həssas siyasi-iqtisadi dönəmdən keçir”. Bu fikri İstanbul Medipol Universitetinin SETA İqtisadi Araşdırmalar bölməsinin direktoru Nurullah Gür YAP və AKP-nin birgə təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları" mövzusunda keçirilən videokonfransda deyib.

Nurullah Gür qeyd edib ki, Qarabağın erməni işğalından azad edilməsi Azərbaycan və Türkiyə üçün iqtisadi baxımdan da əhəmiyyətlidir. Belə ki, ölkələrimiz arasında yeni iqtisadi perspektivlər açılır. Nurullah Gür əmin olduğunu ifadə edib ki, Azərbaycan və Türkiyə bu fürsəti yüksək səviyyədə dəyərləndirəcək.