YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisindən obyektiv fəaliyyət gözləyirik

«AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi Tadeuş İvinskidən obyektiv fəaliyyət gözləyirik». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, yeni məruzəçi xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe ortaya qoymalıdır. Onun sözlərinə görə, bu fəaliyyətdə təcavüzkar ilə təcavüzə məruz qalan arasında fərq göstərilməlidir, tərəflər öz adı ilə çağırılmalıdır.

«Avropa Şurasının nüfuzunun qaldırılması üçün məsələlərə obyektiv yanaşma başlıca şərtdir. Ona görə də, təşkilat öz fəaliyyətində obyektivlik meyarını daim üstün tutmalıdır»- deyə, S.Fətəliyeva vurğulayıb.