YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının nümayəndələri I Qarabağ müharibəsində itkin düşmüş Qadir Məmmədovun ailəsini ziyarət edib

YAP Ucar rayon təşkilatının bir qrup üzvü Qarabağ uğrunda döyüşlər zamanı 8 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndində itkin düşmüş zabit Məmmədov Qadir Aslan oğlunun ailəsini ziyarət ediblər. Bu il fevralın 8-də Qadir Məmmədovun itkin düşməsinin  28-ci ildönümü tamam olub.

Ziyarət zamanı Vətən uğrunda canlarını qurban verən, qazi olan, itkin düşən qəhərman oğullarımızın şücaətindən bəhs olunub.