YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının fəalları Vətən Müharibəsi şəhidi Hüseynov Orxan Bəhmən oğlunun ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının kollektivi Vətən Müharibəsi şəhidi Hüseynov Orxan Bəhmən oğlunun ailəsini ziyarət etmişdir. Təşkilatın sədri Vüqar Seyidov söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, ölkəmizə şərəf gətirən, vətənpərvər övlad böyütdüklərinə görə valideynlərə təşəkkürünü bildirmiş, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.

Şəhid Hüseynov Orxanın valideynləri övladının keçdiyi həyat yolundan geniş danışmış, Vətən Müharibəsi bitəndən sonra Ali Baş Komandanın müvafiq sərəncamları ilə şəhid Orxan Hüseynova ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunması haqqında məlumat vermişlər. Sonda onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.