YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında mülki idarəetmə formasının yaradılmasının əhəmiyyəti böyükdür

“İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında mülki idarəetmə formasının tətbiq edilməsinə başlanılması həmin ərazilərin bərpası istiqamətində vacib addımdır”. Bu fikri Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Kamran Bayramov  bildirib ki, yanvarın 19-da işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu yaradıldı. Yanvarın 27-də isə cənab Prezident ilk xüsusi nümayəndəni Şuşa şəhərinə təyin etdi. Təbii ki, ilk nümyəndənin də məhz Şuşaya təyin edilməsinin əhəmiyyəti böyükdür. Çünki Şuşa Qarabağın tacıdır, Azərbaycan üçün həm hərbi-strateji, həm də mədəni və mənəvi baxımdan olduqca önəmlidir. Məhz 8 noyabrda Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiyaya imza atdı.

Millət vəkilinin sözlərinə görə, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan 44 günlük müharibədən qalib çıxdı: “İndi isə qarşıda duran ən vacib məsələ həmin ərazilərin bərpa edilməsidir. Bildiyiniz kimi, 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası üçün 2.2 milyard manat vəsait ayrılıb. Əlbəttə ki, ərazilərin bərpa edilməsi üçün ilk növbədə mülki idarəetmə formasını yaratmaq zəruri idi. Hüquq-mühafizə orqanlarının strukturları artıq işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlamışdı. Yanvarın 27-də isə cənab Prezident Şuşaya xüsusi nümayəndə təyin etməklə mülki idarəetmə formasının tətbiqinə başladı. Əlbəttə ki, mülki idarəetmənin başlanması işğaldan azad edilmiş ərazilərimizin bərpa işlərini yüksək səviyyədə həyata keçirməyə imkan verəcək”.