YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lənkəran rayon təşkilatı Gənclər Birliyi və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral "Azərbaycan Gəncləri Günü” münasibəti ilə Vətən müharibəsində iştirak edən qazilərlə görüş keçirilib

YAP Lənkəran rayon təşkilatı Gənclər Birliyi və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral "Azərbaycan Gəncləri Günü” münasibəti ilə Vətən müharibəsində iştirak edən qazilərlə görüş keçirilib.

Görüşdə Gənclərin İnkşaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin kollektivi,  ali və orta ixtisas təhsil müəssisələrinin  Tələbə Gənclər təşkillatlarının sədrləri, müxtəlif sahələri təmsil edən ictimai fəal gənclər və gənc idmançılar ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsinin  önünə gül dəstələri qoydular və daha sonra  Vətən müharibəsidə şəhid olmuş hərbi qulluqçuların məzarları ziyarət edildi və ruhlarına dualar oxundu.
Tədbir Lənkəran şəhər Gənclər və İdman İdarəsində davam etdirildi.
Tədbirdə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə və YAP Lənkəran rayon təşkilatı Gənclər Birliyinin sədri Teymur Babazadə çıxış edərək, 2 Fevral “Azərbaycan Gəncləri Günü”nün 1997-ci ildə Ulu öndər  Heydər Əliyevin sərəncamı ilə təsdiq olunduğunu bildirdi və Respublikada dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirildiyini qeyd etdilər. Azərbaycan gənclərinin  özlərini bütün sahələrdə doğrulduğunu vurğuladılar.