YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının nümayəndələri Yasamal rayonunda II Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət ediblər

Məlum olduğu kimi Vətən müharibəsi zamanı canlarını qurban vermiş 18 şəhidin məzarı onların ailə üzvlərinin istəyi ilə Qaradağ rayonu ərazisində yerləşən ümumşəhər qəbristanlığından Yasamal rayonunda II Şəhidlər xiyabanına köçürülüb.

Fevralın 2-də Yeni Azərbaycan Partiyasının nümayəndələri Yasamal rayonunda II Şəhidlər xiyabanına gələrək həmin şəhidlərin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları- YAP İcra Katibliyinin təşkilat şöbəsinin müdiri Aydın Hüseynov, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və partiyanın Qadınlar Şurasının və Gənclər Birliyinin nümayəndələri şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər. Şəhidlərimizin ruhuna dualar oxunub.

Eyni zamanda, ötən ilin iyul ayında Tovuz döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhid general-mayor Polad Həşimovun məzarı ziyarət edilib, əziz xatirəsi yad olunub.