YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: Sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca vəzifədir

“Hər bir xalqın gələcəyi ilk növbədə gənc nəsillə bağlıdır. Bu səbəbdən də  sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca vəzifədir. Çünki ölkənin  prespektivi gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Hər bir vətəndaş mənsub olduğu dövlətin  hərtərəfli, uğurlu inkişafına öz töhfəsini verməlidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi qoruyub yaşadır”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Müşfiq Cəfərov bildirib ki, gənclərimiz  müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Azərbaycanın gələcəyi gənclərin əlindədir. Bizim əsas prioritetimiz sağlam düşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsini təmin etməkdir.Cənab Prezident  gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirir.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc xarici ölkələrin aparıcı ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil alıb. Son zamanlar  gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin yüksək  vəzifələrə təyin olunması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Ümummilli Lider Heydər Əliyev gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-ni Azərbaycan Gəncləri günü elan etmişdir. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi.
Deputat qeyd edib ki, gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur: “Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın müxtəlif bölgələrində olimpiya-idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında və digər mötəbər turnirlərdə uğurlu çıxışları buna əyani sübutdur. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclər qeyri-hökumət təşkilatlarının yaradılması, onların fəaliyyətlərinin təşkili üçün sağlam mühit formalaşdılmış və hüquqi baza təkmilləşdirilmişdir. Düşünürəm ki, müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır”.