YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı rayon təşkilatının üzvləri şəhidlərin məzarını ziyarət ediblər

2 fevral Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı Saatlı rayon Gənclər və İdman İdarəsi ilə birlikdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini leytenant Nəciyev Xalid Qabil oğlunun məzarını ziyarət edib, məzarına tər gül-çiçək dəstələri düzüblər.

Sonra şəhidin ailəsi ziyarət olunub, şəhid valideyinlərinə vətən üçün belə qəhrəman övlad yetişdirdiklərinə görə minnətdarlıq edilib. YAP Saatlı rayon təşkilatının fəalları şəhidin evində onun foto şəkillərindən və şəxsi əşyalarından ibarət olan güşə ilə tanış olublar.