YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Bu Sərəncam dövlət başçısının şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının növbəti təzahürüdür

“Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir. Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın  ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı silsilə fərman və sərəncamlar imzalanıb”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, müvafiq qanunvericiliyə edilən dəyişiklik nəticəsində müharibə dövründə həlak olan mülki şəxslərə də şəhid statusu verilib. Eləcə də, dövlət başçısının yanvarın 1-də imzaladığı sərəncama əsasən bir sıra kateqoriyadan olan insanların, şəhid ailələrinin, Milli Qəhrəmanların, I, II, III qrup Qarabağ müharibəsi əlillərinin, İkinci Dünya müharibəsi veteranlarının təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb. Həmçinin yeni təqaüd növü – “Vətən müharbəsi qəhrəmanı” təqaüdü təsis edilib.

 Komitə sədri qeyd edib ki, bütün bunların davamı olaraq  Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür: “Sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əliliyi müəyyən edilən şəxslərin də yaxın dövrdə mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur. Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıda qeyd edilən şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılır.  Eləcə də, sərəncamla 2014-cü il yanvarın 1-dən mənzil növbəsində olan şəxslərin məsələlərinin həlli müvafiq icra hakimiyyəti orqanlarına tapşırılır”.