YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı  "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlərini davam etdirir.
Aksiya çərçivəsində YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təşkilatın bir qrup fəal üzvləri Vətən müharibəsində şəhid olmuş rayonun Dəymədağıldı kəndindən olan Elyaz Vəli oğlu Qarayevin ailəsini ziyarət ediblər.
Elyaz Qarayev Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının düşmən tapdağından azad olunması uğrundakı döyüşlərdə iştirak etmiş və Qubadlının azad edilməsi əməliyyatında  qəhrəmancasına şəhid olub.
 Şəhidin ailəsi böyük fəxr hissi ilə şəhidlərimizin qanını yerdə qoymadıqlarına, xalqımıza qələbə sevinci yaşatdıqlarına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna minnətdarlıq ediblər.
Eyni zamanda, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə olunub.
Təşkilat üzvləri həmçinin ailənin problemləri  ilə maraqlanıb və bəzi problemlərin həlli üçün köməklik göstəriblər.